“Saudi Aramco” iyun ayı üçün qiymətləri qaldırdı

“Saudi Aramco” iyun ayı üçün qiymətləri qaldırdı Dünyanın ən böyük neft şirkəti olan “Saudi Aramco” iyun ayı üçün hazırladığı qiymət planına görə Asiya, Avropa və ABŞ daxil olmaqla bütün bazarlarda qiymətlər artırılır.
Energetika
7 May , 2020 16:49
“Saudi Aramco” iyun ayı üçün qiymətləri qaldırdı

Dünyanın ən böyük neft şirkəti olan “Saudi Aramco” iyun ayı üçün hazırladığı qiymət planına görə Asiya, Avropa və ABŞ daxil olmaqla bütün bazarlarda qiymətlər artırılır.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu bahalaşma neftə tələbatın artması əlaməti olaraq qəbul edilir. Belə ki, iyun ayında Asiya bazarına göndəriləcək neftin qiyməti 1,4 ABŞ dolları artırılaraq etalona nisbətən fərq 5,9 ABŞ dollarınadək azalır.

“Raiffeisenbank”ın eksperti Andrey Polişukun fikrincə, hazırda bazarda tələbatla bağlı nikbin ab-hava var: “Bunu “Brent” markalı neftin 30 ABŞ dollarınadək bahalaşması da göstərir. Çində, Almaniyada, Avstriyada və başqa ölkələrdə karantin tədbirlərinin ləğvi xəbərləri sərmayədarların reaksiyasına səbəb olur. 2020-ci ilin üçüncü rübünə dair proqnozumuz orta hesabla 35 ABŞ dollarıdır”.

Son xəbərlər

Orphus sistemi