“Saudi Aramco” müştəriləri üçün neftin qiymətini azaltdı

“Saudi Aramco” müştəriləri üçün neftin qiymətini azaltdı “Saudi Aramco” mart ayında Asiya ölkələri və ABŞ müştəriləri üçün xam neftin qiymətini azaldıb.
Energetika
6 Fevral , 2020 13:25
“Saudi Aramco” müştəriləri üçün neftin qiymətini azaltdı

“Saudi Aramco” mart ayında Asiya ölkələri və ABŞ müştəriləri üçün xam neftin qiymətini azaldıb.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, 2019-nCoV koronavirusunun yayılması üzündən tələbatın azaldığı bir vaxtda verilən bu qərara görə ABŞ müştərilərinə neftin bir bareli 0,2-0,3 ABŞ dolları, Asiya ölkələri müştərilərinə isə “Arab Light” markalı neft 0,8 ABŞ dolları güzəştlə satılacaq.

Bundan əvvəl koronavirusun neft bazarına təsirini və bununla bağlı hasilatı azaltmaq ehtimalını müzakirə etmək üçün fevralın 4-də OPEC+ ekspertləri səviyyəsində başlamış danışıqların bu gün davam etdiriləcəyi açıqlanıb.

Qeyd edək ki, Londonun İCE birjasında “Brent” markalı neftin qiyməti 1,45 faiz artaraq 56,04 ABŞ dolları, “WTI” markalı neftin isə qiyməti 1,95 faiz qalxaraq 51,74 dollara çatıb.

Son xəbərlər

Orphus sistemi