“Saudi Aramco” Asiya və ABŞ-a neft ixracı qiymətlərini artırıb

“Saudi Aramco” Asiya və ABŞ-a neft ixracı qiymətlərini artırıb Neft hasilatı və ehtiyatlarına görə dünya lideri olan Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkəti Asiya və Amerika bazarlarına bütün neft çeşidlərinin yanvar ayı üçün ixrac qiymətlərini artırıb.
Energetika
6 Dekabr , 2021 17:13
“Saudi Aramco” Asiya və ABŞ-a neft ixracı qiymətlərini artırıb

Neft hasilatı və ehtiyatlarına görə dünya lideri olan Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkəti Asiya və Amerika bazarlarına bütün neft çeşidlərinin yanvar ayı üçün ixrac qiymətlərini artırıb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Belə ki, Asiya ölkələri üçün “Arab Light” markalı neftin qiymətini 0,6 ABŞ dolları artıraraq, 1 barel üçün 3,3 ABŞ dollarına çatdırıb. Eyni neft çeşidinin ABŞ bazarları üçün qiyməti də 0,4-0,6 ABŞ dolları artırılıb.

Asiya üçün digər neft çeşidlərinin 1 barel üçün qiyməti də 0,3-0,8 ABŞ dolları artırılıb.

Şirkət Şimal-Qərbi Avropa ölkələri üçün yanvar ayının tədarük qiymətlərini 1 barel üçün 0,2-1,5 ABŞ dolları endirib. Aralıq dənizi ölkələri üçün qiymət 0,3-1,4 ABŞ dolları endirilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı istehlakçıların müraciətlərinə əsasən tədarük qrafikini hər ayın əvvəli müəyyən edir.

Son xəbərlər

Orphus sistemi