“Satti” qazma qurğusu Azərbaycan ərazisində işləyəcək

“Satti” qazma qurğusu Azərbaycan ərazisində işləyəcək
Energetika
30 May , 2019 12:02
“Satti” qazma qurğusu Azərbaycan ərazisində işləyəcək

“Satti” qazma qurğusu artıq Xəzər dənizinin Azərbaycan ərazisində BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üçün işləməyə hazırlaşır".

“Report”un məlumatına görə, bunu Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Konfransında "KazMunayQaz"ın geologiya və kəşfiyyat üzrə idarə heyyətinin sədr müavini Kurmanqazı İskaziyev deyib.

Onun sözlərinə görə, iyulun əvvəlində qurğu Azərbaycan sularına daxil olacaq: "Bu, SOCAR və “KazMunayQaz” arasında olan əməkdaşlığın nümunəsidir. Bizim birgə gələcəyə baxışımız da mövcuddur. Hazırda imkanlarımız qiymətləndirilir".