Yuxarı

Brodı-Plotsk neft boru kəməri layihəsinin maliyyə dəyəri azaldılıb

​“Sarmatiya” kəmərinin keçəcəyi ərazilərdə torpaq istifadəçiləri sahib

Brodı (Ukrayna) – Plotsk “Adamova zavtava” (Polşa) boru kəməri layihəsinin ümumi dəyəri Texniki-İqtisadi Əsaslandırma nəticəsində, təxminən, 130 mln. avro azaldılıb.

Bunu “Report”a açıqlamasında “Sarmatiya” Beynəlxalq Boru Kəməri Müəssisəsinin baş direktoru Sergey Skripka bildirib:

“Bu il biz artıq Texniki-İqtisadi Əsaslandırmanı yekunlaşdırmışıq. Onun nəticələrinə əsasən, layihənin ümumi dəyəri 490 mln. avrodan 360 mln. avroya qədər azaldılıb”.

Baş direktor qeyd edib ki, “Sarmatiya” Beynəlxalq Boru Kəməri Müəssisəsi bu ilin əvvəlində boru kəmərinin çəkiləcəyi müddətdə kəmərin keçəcəyi ərazilərdə müqavilə imzalanması nəzərdə tutulan torpaq sahələri sahiblərinin bazasını yaradıb.

Onun sözlərinə görə, bu artıq investisiya mərhələsinə daxildir: “Bu investisiya qərarı çərçivəsində maliyyə xərclərinə daxil olan məsələdir”.

S.Skripka vurğulayıb ki, layihənin 30%-ni şirkətin təsisçiləri ödəməlidirlər: “Bundan sonra layihə özünü doğrulda bilər və qrant maliyyələşməsi almadan reallaşdırıla bilər”.

O daha öncə layihənin Avropa Komissiyası tərəfindən qrant alacağını gözlədiklərini də xatırladıb: “Ümumilikdə, bu barədə danışmaq çox tezdir. Çünki biz hələlik layihənin maliyyəşdirmə mərhələsinə çatmamışıq. Ancaq planlara gəldikdə, təbii ki, maliyyəni qismən səhmdarlar tərəfindən də almaq lazım gələcək. Düşünürəm ki, bu məbləğ ümumi dəyərin 30 faizi həcmində olacaq”.

O həmçinin əlavə edib ki, layihənin icrası üçün hökumətlərarası sazişin (səhmdar şirkətlərin ölkələri) imzalanması gözlənilir: "Bu, dövlətlərin layihəni dəstəklədiyini göstərir".

Qeyd edək ki, “Sarmatiya” Beynəlxalq Boru Kəməri Müəssisəsi 12 iyul 2004-cü ildə Ukraynanın “Ukrtransnafta” və Polşanın “PERN Przyjazn” şirkətləri tərəfindən yaradılıb. “Sarmatiya”nın əsas iştirakçıları Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) (25,32%), Gürcüstanın Georgian Oil and Gas Corporation Ltd (GOGC) (16,09%), Ukraynanın “Ukrtransnafta” (28,79%), Polşanın “Przedsiebiorstwo Eksploatacji Rurociagow Naftowych Przyjazn S.A.” (28,79%) və Litvanın “AB Klaipedos Nafta” (1%) şirkətləridir.

Brodı-Plotsk neft boru kəməri bugünkü gün Avrasiya Neft nəqli dəhlizinin çatışmayan əsas və yeganə hissəsindən biridir. Bu layihənin reallaşdırılması nəticəsində Xəzər hövzəsi ölkələri öz neft məhsullarını Avropa bazarına çıxarmaq üçün əsas etibarlı marşrut əldə edəcəklər. Marşrutun uzunluğu 377 km təşkil edir ki, bu boru kəmərinin də 120 km-i Ukrayna, 257 km hissəsi isə Polşa ərazisində inşa ediləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi