Sankt-Peterburqda “Qazprom” və “Rosneft” şirkətlərinin rəhbərləri ilə SOCAR prezidenti arasında görüş keçirilib

Sankt-Peterburqda “Qazprom” və “Rosneft” şirkətlərinin rəhbərləri ilə SOCAR prezidenti arasında görüş keçirilib Görüşdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Energetika
21 Avqust , 2017 21:40
Sankt-Peterburqda “Qazprom” və “Rosneft” şirkətlərinin rəhbərləri ilə SOCAR prezidenti arasında görüş keçirilib

Bakı. 21 avqust. REPORT.AZ/ Avqustun 21-də Sankt-Peterburq şəhərində SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “Qazprom” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Aleksey Millerlə, sonra isə “Rosneft” şirkətinin baş icraçı direktoru İqor Seçinlə görüşləri olub.

"Report" Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, görüşlər zamanı SOCAR ilə “Qazprom” və “Rosneft” şirkətləri arasında qarşılıqlı əməkdaşlığın gələcək inkişaf məsələləri müzakirə edilib, ətraflı fikir mübadilələri aparılıb. 

Son xəbərlər

Orphus sistemi