Sanksiyalar "Rosneft"in Hindistan bazarına daxil olmasına mane yaradıb

Sanksiyalar "Rosneft"in Hindistan bazarına daxil olmasına mane yaradıb ABŞ-ın təzyiqi hətta, Hindistan Rusiya əlaqələrini zəiflədə bilər
Energetika
27 Avqust , 2016 16:24
Sanksiyalar Rosneftin Hindistan bazarına daxil olmasına mane yaradıb

Bakı. 27 avqust. REPORT.AZ/ Rusiyanın "Rosneft" şirkətinin Hindistanın pərakəndə satış bazarına daxil olması bir qədər yubana bilər.

"Report" xəbər verir ki, bunu Hindistanın "The Times of İndia" qəzeti yazıb. 

Qəzetin məlumatına görə, ABŞ-ın sanksiyaları səbəbindən "Rosneft"in Hindistanın "Essar Oil" şirkətinin səhmlərini alması təhlükə altına düşüb.

Məqalədə bildirilib ki, ABŞ-ın təzyiqi hətta, Hindistan Rusiya əlaqələrini zəiflədə bilər.

Hindistan şirkətləri Rusiyanın energetika sektoruna 5 mlrd. dollar həcmində investisiya qoyublar. "Rosneft" və "Essar Oil" arasındakı saziş Rusiya şirkətinin Hindistanın pərakəndə satış bazarına çıxışını təmin etməli idi. 

"Rosneft" iyun ayında "Essar Oil" şirkətinin 49%-ni 3 mlrd. dollara almaqla bağlı saziş bağlamalı idi. Hazırda isə Hindistan şirkətinin rəhbəri yeni variantları nəzərdən keçirdiklərini bildirib.

Qəzet iddia edir ki, "Essar Oil" şirkətinə 300-530 mln. dollar ayıran Hindistan bankları mümkün təhlükələrdən ehtiyatlanırlar. Qəzetin yazdığına görə, 9,2 mlrd. dollar dövriyyəsi olan şirkət "Rosneft"in Hindistanın pərakəndə bazarına girməsi üçün digər yollar tapmağa çalışır. Razılaşmanın yeni variantının sentyabrın əvvəlində hazır olması gözlənilir.

Son xəbərlər

Orphus sistemi