Salyan və Tovuz rayonlarının daha iki kəndinə qaz verilib

Salyan və Tovuz rayonlarının daha iki kəndinə qaz verilib Ümumilikdə, 316 abonent təbii qazla təmin olunub
Energetika
24 Fevral , 2016 16:23
Salyan və Tovuz rayonlarının daha iki kəndinə qaz verilib

Bakı. 24 fevral. REPORT.AZ/ Bu gün Salyan və Tovuz rayonlarının daha iki kəndinə təbii qazın verilişi bərpa edilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətləri və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər.

Salyan rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 200 abonenti olan İkinci Varlı kəndinin yenidən qazlaşdırılması zamanı birpilləli sistem əsasında 20 220 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

Tovuz rayonunun Hacıhəsənli kəndinə təbii qaz verilişinin bərpa edilməsi münasibətilə keçirilmiş mərasimdə qeyd olunub ki, 116 abonentlik kəndin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 11 547 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. 

Son xəbərlər

Orphus sistemi