Azərbaycanın daha iki kəndinə qaz verilib

Azərbaycanın daha iki kəndinə qaz verilib Salyan və Ağdaş rayonlarının iki kəndinə təbii qazın verilişi bərpa edilib
Energetika
10 Oktyabr , 2016 18:29
Azərbaycanın daha iki kəndinə qaz verilib

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bu gün Salyan və Ağdaş rayonlarının daha iki kəndinə təbii qazın verilişi bərpa edilib. "Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, 233 abonenti olan Bəşirbəyli kəndinin yenidən qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 18 310 metrlik polietilen və metal borularla qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Ağdaş rayonunun 321 abonentlik Aşağı Ləki kəndinə də yenidən təbii qaz verilib. Qazlaşdırma işləri zamanı 26 968 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. 

Son xəbərlər

Orphus sistemi