​"Saipem" şirkəti "Türk axını" ilə bağlı danışıqları davam etdirir

​"Saipem" şirkəti "Türk axını" ilə bağlı danışıqları davam etdirir "Qazprom"un başçısı Aleksandr Miller "Saipem"in 43%-lik payına sahiblik edən ENI şirkətinin rəhbəri ilə görüşüb
Energetika
24 Avqust , 2015 14:11
​Saipem şirkəti Türk axını ilə bağlı danışıqları davam etdirir

Bakı. 24 avqust. REPORT.AZ/ İtaliyanın "Saipem" şirkəti "Türk axını" layihəsinin borularını çəkmək üçün "Qazprom" ASC ilə danışıqlar aparır. "Report" xəbər verir ki, bu barədə Rusiyanın "Vedomosti" qəzetinə şirkətdən məlumat verilib.

Məlumata görə, ötən həftənin sonunda "Qazprom"un rəhbəri Aleksandr Miller bu məqsədlə "Saipem"in 43%-lik payına sahiblik edən ENI şirkətinin rəhbəri Klaudia Deskalzi (Claudia Descalzi) ilə görüşüb.

ENI rəsmilərinin açıqlamasına görə, A.Miller onlarla əməkdaşlıqdan məmnun olduğunu deyib: "Şimali axın" və "Mavi axın" kimi təbii qaz boru xətti layihələrinin uğurunu "Saipem" kimi tərəfdaşlarla aramızdakı əməkdaşlığa borcluyuq. "Saipem" ilə indi və gələcək layihələrdə əməkdaşlıq edilməsi də bizim üçün çox qiymətlidir".

Qeyd edək ki, "Saipem" şirkəti 2014-cü ildə "Şahdəniz-2" layihəsi üçün boru xətlərinin çəkilişi ilə bağlı 1,8 mlrd. dollarlıq tenderin qalibi olub.

Xatırladaq ki, ENI şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri üzrə fəaliyyət göstərən "BTC Co."nun 5%-lik səhmdarıdır.

Son xəbərlər

Orphus sistemi