​Şahmar Mövsümov Suveren Fondların Beynəlxalq Forumunun 7-ci iclasında iştirak edib

​Şahmar Mövsümov Suveren Fondların Beynəlxalq Forumunun 7-ci iclasında iştirak edib Növbəti iclas Yeni Zelandiyanın suveren fondu tərəfindən Aukland şəhərində təşkil ediləcək
Energetika
30 Sentyabr , 2015 20:51
​Şahmar Mövsümov Suveren Fondların Beynəlxalq Forumunun 7-ci iclasında iştirak edib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Sentyabr 29-30-da İtaliyanın Milan şəhərində Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) 7-ci iclası keçirilib. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsumovun rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak edib.

Bu barədə "Report"a Fondun mətbuat xidmətindən məlumat verilib.

İclas zamanı SFBF üzvləri 2014-cü ildə Dohada keçirilmiş görüşdə müəyyən edilmiş öhdəliklər, investisiya və risklərin idarə edilməsi, daxili idarəçilik məsələləri ətrafında təcrübə mübadiləsi aparıblar. Bundan əlavə SFBF-nin yeni İdarə Heyətinə yeni üzvlər (“Abu Dhabi Investment Authority”, “Qatar Investment Authority”, “GIC Private Limited” və “China Investment Corporation”) seçilib və 9-cu iclasın 2017-ci ildə Samruk-Kaznya ASC təfərindən Qazaxıstanda təşkil ediləcəyi elan edilib. 2016-cı ildə baş tutacaq iclas Yeni Zelandiyanın suveren fondu tərəfindən Aukland şəhərində təşkil ediləcək.

Qeyd edək ki, Suveren Fondların Beynəlxalq Forumu Suveren Fondların Beynəlxalq İşçi Qrupunun 2009-cu il aprelin 5-6-da əl-Küveyt şəhərində keçirilmiş iclasında yaradılıb və ilk rəsmi iclasını 2009-cu il 8-9 oktyabr tarixlərində Bakı şəhərində keçirib. SFBF könüllü qrup olub, əsas məqsədi Suveren Fondların ümumi maraqlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq və Santyaqo prinsipləri və Suveren Fondların fəaliyyətinin anlaşılmasını asanlaşdırmaqdır.

Son xəbərlər

Orphus sistemi