Şahmar Mövsümov: "Hasilat Sənayesində Şəffaflıq üzrə yeni hesabat daha əhatəlidir"

Şahmar Mövsümov: "Hasilat Sənayesində Şəffaflıq üzrə yeni hesabat daha əhatəlidir" Bakı. 8 dekabr. REPORT.AZ/ Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə hesabat əvvəllər Azərbaycanın Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünə (MHŞT) üzv olarkən hazırlanan hesabatlardan daha əhatəlidir.
Energetika
8 Dekabr , 2017 10:38
Şahmar Mövsümov: Hasilat Sənayesində Şəffaflıq üzrə yeni hesabat daha əhatəlidir
Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov / Report/ Orkhan Azim

Bakı. 8 dekabr. REPORT.AZ/ Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə hesabat əvvəllər Azərbaycanın Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünə (MHŞT) üzv olarkən hazırlanan hesabatlardan daha əhatəlidir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə  “Moore Stephens Azerbaijan” auditor şirkəti tərəfindən 2016-cı il üzrə hesabatının yekun versiyasının təqdimatında ARDNF-ın icraçı direktoru Şahmar Mövsümov bildirib.

O qeyd edib ki, bu hesabatda ötən illərin bütün mövzuları əhatə olunub: "Yeni hesabatda Hasilatın Pay Bölgüsü barədə məlumatlar, SOCAR-ın sosial xərcləri barədə məlumatlar genişləndirilib. Hasilat sənayesi üzrə əsas yeniliklər əlavə olunub. Burada işçi qrupunun xüsusi rolu var".

Fondun icraçı direktoru xatırladıb ki, bu günədək 20-dən çox hesabat dərc olunub: "Məlumdur ki, cari ilin mart ayında Boqotada Azərbaycanın MHŞT-də statusunun dayandırılması barədə qərar verilib. Azərbaycan bəyan edib ki, Azərbaycan MHŞT-nin prinsiplərini deyil, təşkilatı tərk edib. Bu gün təqdim olunan bu hesabat MHŞT-dən kənar ilk şəffaflıq hesabatıdır. Prezident tərəfindən komissiya yaradılıb və may ayından başlayaraq dəfələrlə görüşlər keçirilib. Komissiyanın bütün üzvləri yekdilliklə qeyd ediblər ki, bu hesabat əvvəlkilərdən daha əhatəli olmalıdır".

Qeyd edək ki, bu il aprelin 5-də Prezident İlham Əliyev "Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında" fərman imzalayıb.

Sənəd hasilat sənayesində beynəlxalq şəffaflıq və hesabatlılıq prinsiplərinə Azərbaycanın sadiqliyini bir daha vurğulayaraq, təbii ehtiyatlardan əldə edilən maddi sərvətlərin ölkə vətəndaşlarının rifahı üçün idarə edilməsinin davam etdirilməsi məqsədi daşıyır.

Son xəbərlər

Orphus sistemi