Şahmar Mövsümov EBRD prezidenti ilə Cənub Qaz Dəhlizi layihəsini müzakirə edib

Şahmar Mövsümov EBRD prezidenti ilə Cənub Qaz Dəhlizi layihəsini müzakirə edib Azərbaycanda hasilat sənayesində şəffaflığın təmin edilməsi və hesabatlılıq istiqamətində görülən işlər barədə müzakirələr aparılıb
Energetika
52
8 Sentyabr , 2017 12:36
Şahmar Mövsümov EBRD prezidenti ilə Cənub Qaz Dəhlizi layihəsini müzakirə edib
Report

Bakı.8 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov ilə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Fonddan “Report”a verilən məlumata görə, görüşdə Cənub Qaz Dəhlizi layihəsi, ARDNF-nin də sərmayə yatırdığı EBRD-nin idarə etdiyi Səhm İştirak Fondu, Azərbaycanda hasilat sənayesində şəffaflığın təmin edilməsi və hesabatlılıq istiqamətində görülən işlər barədə müzakirələr aparılıb.