Şahin Mustafayev: "Şahdəniz" yatağı üzrə işlərin 87%-i icra edilib"

Şahin Mustafayev: "Şahdəniz" yatağı üzrə işlərin 87%-i icra edilib" Bununla yanaşı, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə işlərin 72%-i yerinə yetirilib
Energetika
24 Dekabr , 2016 09:39
Şahin Mustafayev: Şahdəniz yatağı üzrə işlərin 87%-i icra edilib

Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycanın təşəbbüsü ilə icra olunan Cənub Qaz Dəhlizi layihəsi “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi və hasil olunacaq Azərbaycan qaz ehtiyatlarının müvafiq infrastruktur vasitəsilə Avropa bazarlarına çatdırılmasını nəzərdə tutur.

"Report"un xəbərinə görə, bu, İqtisadiyyat naziri Şahin Mustafayevin "Azərbaycan" qəzetində dərc edilən məqaləsində qeyd edilib.

"Layihə Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə öz dəyərli töhfəsini verəcək. Artıq Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə işlərin 87%-i, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə işlərin 72%-i, Transa-Anadolu Boru Kəmərinin inşası üzrə işlərin 60%-i, Trans-Adriatik Boru Kəmərinin inşası üzrə işlərin 30%-i icra edilib. Hazırda inşaat işləri davam etdirilir", - deyə Ş.Mustafayevin məqaləsində bildirilib.

Son xəbərlər

Orphus sistemi