Şahin Mustafayev: “Cənub Qaz Dəhlizi”, TANAP və TAP layihələri Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəldir”

Şahin Mustafayev: “Cənub Qaz Dəhlizi”, TANAP və TAP layihələri Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəldir” Bakı. 15 iyun. REPORT.AZ/ “Azərbaycanın təşəbbüskarı və fəal iştirakçısı olduğu qlobal transmilli iqtisadi və enerji layihələri – Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizləri kimi irimiqyaslı layihələr regionda və dünyada ölkəmizin mövqeyini daha da gücləndirir və Azərbaycanın, eyni zamanda region və dünya ölkələrinin inkişafında önəmli rol oynayır”.
Energetika
15 İyun , 2018 09:54
Şahin Mustafayev: “Cənub Qaz Dəhlizi”, TANAP və TAP layihələri Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəldir”

Bakı. 15 iyun. REPORT.AZ/ “Azərbaycanın təşəbbüskarı və fəal iştirakçısı olduğu qlobal transmilli iqtisadi və enerji layihələri – Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizləri kimi irimiqyaslı layihələr regionda və dünyada ölkəmizin mövqeyini daha da gücləndirir və Azərbaycanın, eyni zamanda region və dünya ölkələrinin inkişafında önəmli rol oynayır”.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev rəsmi mətbuatda dərc edilən məqaləsində bildirib.

O, “Cənub Qaz Dəhlizi”, TANAP və TAP-ın Azərbaycan, region və dünya ölkələri üçün əhəmiyyətli olduğunu vurğulayıb: “Bu günlərdə rəsmi açılışı həyata keçirilmiş “Cənub Qaz Dəhlizi” və TANAP layihəsi, eləcə də tikintisi uğurla davam edən TAP layihəsi Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəldir, ölkəmizin dünyada mühüm enerji təminatçısı kimi mövqeyini daha da möhkəmləndirir. Azərbaycan iqtisadiyyatının davamlı inkişafını beynəlxalq maliyyə qurumları və reytinq agentlikləri də yüksək qiymətləndirir. Ümumdünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan reytinqdə daha 2 pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşıb. Ümumiyyətlə, ölkəmiz 2005-2017-ci illərdə “Qlobal rəqabətlilik qabiliyyəti” hesabatlıarı üzrə mövqeyini 34 pillə yaxşılaşdıraraq 69-cu yerdən 35-ci yerə yüksəlib və 2009-cu ildən MDB-də liderliyini qoruyur. 190 ölkənin biznes mühitini qiymətləndirən Dünya Bankının “Doing Business 2018” hesabatında son dövrlər aparılan davamlı islahatların məntiqi nəticəsi olaraq Azərbaycan reytinq üzrə irəliləyərək 57-ci mövqedə qərarlaşıb”.

Son xəbərlər

Orphus sistemi