Sahibkarların “Azərişığ”a müraciətləri 2 dəfə artıb

Sahibkarların “Azərişığ”a müraciətləri 2 dəfə artıb Bu ilin may ayında “Azərişıq” ASC-yə “ASAN xidmət”, “ASAN Kommunal” və elektron qaydada obyektini elektrik şəbəkəsinə qoşdurmaq üçün 424 sahibkar müraciət edib.
Energetika
7 İyun , 2019 10:32
Sahibkarların “Azərişığ”a müraciətləri 2 dəfə artıb

Bu ilin may ayında “Azərişıq” ASC-yə “ASAN xidmət”, “ASAN Kommunal” və elektron qaydada obyektini elektrik şəbəkəsinə qoşdurmaq üçün 424 sahibkar müraciət edib.

“Azərişıq”dan “Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

"Sahibkarların müraciətlərinin sayında ciddi artım müşahidə olunması heç şübhəsiz ki, aparılan islahatlarla bağlıdır. Belə ki, ötən il dekabrın 25-də Prezident İlham Əliyev “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Fərman imzalayıb. Şəbəkəyə qoşulma müddəti 24 gündən 20 günə, prosedurlar isə 3-dən 2-yə endirilib və bu, kifayət qədər ciddi islahat sayılır. Bundan başqa, şəbəkəyə qoşulma ilə bağlı kilovata görə vahid tarifin tətbiq olunması, “Azərişığ”ım elektron xəritəsinin “ASAN xidmət”in işinə inteqrasiya edilməsi və nəhayət müraciətlərin elektron qaydada qəbul olunması da müsbət mənada öz rolunu oynayıb.

Bununla yanaşı, mayda 4 355 vətəndaş evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün müraciət edib. Sənədlərdə uyğunsuzluq və bu kimi hallar istisna olmaqla həm sahibkarların, həm də vətəndaşların müraciətləri yerinə yetirilib.

Ümumilikdə isə ötən ay “Azərişığ”agöstərdiyi 15 xidmət üzrə “ASAN xidmət”, “ASAN Kommunal” və elektron qaydada 30 minə qədər müraciət daxil olub", - deyə məlumatda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi