Xoşbəxt Yusifzadə: “İşlənmənin əvvəlindən “Şahdəniz” yatağından 110 milyard kubmetrdən çox qaz hasil edilib”

Xoşbəxt Yusifzadə: “İşlənmənin əvvəlindən “Şahdəniz” yatağından 110 milyard kubmetrdən çox qaz hasil edilib” İşlənmənin əvvəlindən “Şahdəniz” yatağından 110 mlrd. kubmetrdən çox qaz və 27 milyon tona qədər kondensat hasil edilib.
Energetika
19 Sentyabr , 2019 09:51
Xoşbəxt Yusifzadə: “İşlənmənin əvvəlindən “Şahdəniz” yatağından 110 milyard kubmetrdən çox qaz hasil edilib”

"İşlənmənin əvvəlindən “Şahdəniz” yatağından 110 mlrd. kubmetrdən çox qaz və 27 milyon tona qədər kondensat hasil edilib".

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə “Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı AzərTAc-a verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu il sentyabrın 1-nə qədər “Şahdəniz-1” layihəsi üzrə Cənubi Qafqaz Boru Kəməri ilə Gürcüstana 8,7 milyard kubmetr, Türkiyəyə isə 63 milyard kubmetr qaz verilib.

SOCAR rəsmisi həmçinin bildirib ki, “Şahdəniz” qazının Cənubi Qafqaz ixrac boru kəməri və Trans-Adriatik Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyəyə nəqlinə başlanıb: “İndiyə qədər TANAP-a 2 milyard kubmetrdən çox “Şahdəniz” qazı vurulub. “Cənub Qaz Dəhlizi”nin növbəti mərhələsinin – TAP adı ilə tanınan Trans-Adriatik boru kəmərinin tikintisi də demək olar ki, tamamlanıb. 878 kilometr uzunluğunda kəmər Yunanıstan və Albaniyadan, Adriatik dənizinin dibindən keçəcək və İtaliya torpağında yenidən quruya çıxacaq, bu ölkələrə qaz nəql etməyə başlayacaq”.

Son xəbərlər

Orphus sistemi