"Şahdəniz" yatağından indiyədək 70 mlrd. kubmetrə yaxın qaz ixrac edilib

"Şahdəniz" yatağından indiyədək 70 mlrd. kubmetrə yaxın qaz ixrac edilib Xəzərin Azərbaycan sektorunda yerləşən Şahdənizqaz kondensat yatağından işlənmənin əvvəlindən bu il aprelin 1-dək 104,2 mlrd.kubmetr qaz, 25,1 mln.ton kondensat hasil edilib.
Energetika
104
22 Aprel , 2019 11:41
Şahdəniz yatağından indiyədək 70 mlrd. kubmetrə yaxın qaz ixrac edilib
Energetika naziri Pərviz Şahbazov / Report/ Firi Salim

Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz"qaz kondensat yatağından işlənmənin əvvəlindən bu il aprelin 1-dək 104,2 mlrd.kubmetr qaz, 25,1 mln.ton kondensat hasil edilib.

"Report” xəbər verir ki, bunu Bakıda keçirilən SOCAR-ın IV Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya" forumunda energetika naziri Pərviz Şahbazov bildirib.

Onun sözlərinə görə, indiyədək bu yataqdan 69,7 mlrd.kubmetr qaz ixrac edilib.

"Bu ilin yanvar-mart aylarında ölkədə ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,1% çox, yəni 9,1 mlrd.kubmetr qaz hasil edilib.Hasil edilən qazın 4,3 mlrd.kubmetri,kondensatın isə 1 mln.tonu "Şahdəniz" yatağının payına düşür.

Ümumilikdə, 3,2 mlrd.kubmetr qaz ixrac edilib. İxrac edilən qazın həcmi ötən ilin müvafiq dövründən 26,6% çoxdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə Türkiyəyə 30,9% çox,yəni 2,2 mlrd.kubmetr qaz ixrac edilib.Aprelin 1-dək Türkiyəyə TANAP-la 1,5 mlrd.kubmetr qaz ixrac edilib".

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub.

Layihədə BP (operator – 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6.7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Son xəbərlər

Orphus sistemi