Yuxarı

"Şahdəniz" yatağından 74 mlrd. kubmetr qaz hasil olunub

Hazırda bu yataqdan gündəlik orta hesabla 30 mln. kubmetr qaz hasil olunur

Bakı. 22 avqust. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından işlənmənin əvvəlindən bu ilin avqustun 1-dək ümumilikdə 74 mlrd. kubmetr qaz hasil olunub. 

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib. 

SOCAR rəsmisi qeyd edib ki, hazırda "Şahdəniz" yatağından 8 işləmə quyusundan gündə orta hesabla 30 mln. kubmetr qaz, 7 min ton kondensat hasil olunur.

Həmçinin bildirilib ki, "Şahdəniz"dən indiyədək 19 mln. ton kondensat hasil olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi