Yuxarı
    Bağlamaq

    “Şahdəniz” yatağında 1 mlrd. dollardan çox sərf olunub

    Dinlə

    Bakı. 1 avqust. REPORT.AZ/ 2018-ci ilin I yarısı ərzində “Şahdəniz” konsorsiumu Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağı üzrə fəaliyyətlərə 1,048 mlrd. dollar sərf edib.

    “Report” yatağın operatoru “BP-Azerbaijan” şirkətinin yaydığı hesabata əsasən xəbər verir ki, “Şahdəniz” yatağının işlənməsinə 250 mln. dollardan çox əməliyyat xərcləri və təqribən 798 mln. dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aiddir.

    “Şahdəniz” üzrə ümumi xərclərin həcmi ötən ilin müvafiq dövründən 44% azalıb, əməliyyat xərclərinin həcmi 0,40% artıb, əsaslı xərclərin həcmi isə 51% azalıb.

    Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub.

    Layihədə BP (operator – 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6.7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi