Yuxarı
    Bağlamaq

    "Şahdəniz" üzrə hasilatın həcmi açıqlanıb

    Xoşbəxt Yusifzadə: Şahdəniz layihəsi Heydər Əliyevin üçüncü şah əsəridir

    Bakı. 25 aprel. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından işlənmənin əvvəlindən 2017-ci il aprelin 1-dək 81 mlrd. kubmetr qaz və 20 mln. ton kondensat hasil olunub.

    “Report” xəbər verir ki, bu barədə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş II SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya:Ticarət, Logistika, Neft emalı, Neft-kimya” forumunda çıxışında SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

    "Əsrin müqaviləsi" Azərbaycanı yenidən neft ölkəsi kimi tanıtdısa, 1999-cu ilin iyununda ehtiyatları bu günə 1,2 trln. kubmetr qaz və 240 mln. ton kondensatdan ibarət nəhəng "Şahdəniz" yatağının kəşf edilməsi və qaz ixrac layihəsinin həyata keçirilməsi Azərbaycanı dünyaya qaz ixrac edən ölkə kimi də tanıtdı. "Şahdəniz" layihəsi Heydər Əliyevin üçüncü şah əsəridir. Bu yatağın tarixi də, şöhrəti də onun adı ilə bağlıdır".

    Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub.

    Layihədə BP (operator – 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6.7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi