Yuxarı

"Şahdəniz"də qaz hasilatı bərpa edilib

Platformada aparılan profilaktik işlərlə əlaqədar olaraq avqustun 2-də Şahdənizdə qaz hasilatı dayandırılmışdır

Bakı. 24 avqust. REPORT.AZ/ Dünən axşam "BP-Azerbaijan" şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz kondensatı yatağında qazın hasilatını bərpa edib. 

“Report” xəbər verir ki, bu barədə “Reuters”ə açıqlamasında “BP-Azerbaijan”ın mətbuat katibi Tamam Bayatlı deyib: “Biz artıq ötən gecədən etibarən “Şahdəniz” yatağındakı platformadan qaz hasilatını bərpa etmişik. Onun tam gücü ilə işlənilməsi prosesi mərhələli şəkildə həyata keçiriləcək".

T.Bayatlı işlərin nəzərdə tutulmuş vaxtdan tez yekunlaşdığını da bildirib: “Profilaktik işləri nəzərdə tutulmuş vaxtdan daha tez yekunlaşdırmışıq. Bununla yanaşı, sınaq prosesi də uğurla baş tutub və bundan sonra qazın hasilatı bərpa edilib”.

Xatırladaq ki, platformada aparılan profilaktik işlərlə əlaqədar olaraq avqustun 2-də "Şahdəniz"də qaz hasilatı dayandırılmışdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi