"Şahdəniz-3" layihəsinin ilk nəticələri 2026-2027-ci illərdə əldə olunacaq

"Şahdəniz-3" layihəsinin ilk nəticələri 2026-2027-ci illərdə əldə olunacaq V.Bəylərbəyovun sözlərinə görə, Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycan və Gürcüstanda işlərin qiyməti azalıb
Energetika
28 İyun , 2016 17:28
Şahdəniz-3 layihəsinin ilk nəticələri 2026-2027-ci illərdə əldə olunacaq

Bakı. 28 iyun. REPORT.AZ/ Təkcə Trans-Anadolu Boru Kəmərinin (TANAP) inşası layihəsinin dəyəri 2 mlrd. dollardan çox aşağı düşüb. 

Bunu “Report”a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov deyib.

V.Bəylərbəyovun sözlərinə görə, Cənub Qaz Dəhlizi (SGC) çərçivəsində Azərbaycan və Gürcüstanda ərazisində görüləcək işlər ucuzlaşıb.

SOCAR rəsmisi həmçinin “Şahdəniz-3” layihəsi çərçivəsində ilk işlərin 2026-2027-ci illərdə görüləcəyini də açıqlayıb: “Hazırda “Şahdəniz-3”lə bağlı danışıqlar getmir. Çünki biz 2013-cü ildə bununla bağlı razılaşdıq. “Şahdəniz-3” olacaq, bu istiqamətdə işlər aparılır və davam etdiriləcək. Hardasa 2026-2027-ci illərdən sonra bununla bağlı görülən birinci işlərin nəticələrini görmək mümkün olacaq”.

Son xəbərlər

Orphus sistemi