Bakı. 19 noyabr. REPORT.AZ/ İtaliyanın "Saipem" və "Lighthouse" şirkətləri "Şahdəniz-2" layihəsi çərçivəsində əməkdaşlığı genişləndirmək məqsədi ilə müqavilə imzalayıb. "Report" xarici mətbuata istinadən xəbər verir ki, “Lighthouse”un Azərbaycan ofisi ilə bağlanılan müqavilə 2018-ci ildən başlayaraq 4 il müddətində qüvvədə olacaq.
Bununla da hər iki şirkət 2022-ci ilə qədər əməkdaşlıq etmək niyyətində olduqlarını açıqlayıb.
“Lighthouse”un baş direktoru Enriko Sassi (Enrico Sassi) Azərbaycanda işləməkdən məmnun olduqlarını qeyd edib.
Qeyd edək ki, “Şah Dəniz” qaz yatağının işlənməsinin ikinci fazası çərçivəsində konsorsiuma İtaliyanın “Snam” şirkəti ilə yanaşı “Bos-Shelf” və “Star Gulf” kimi şirkətlər də daxildir.