Yuxarı

"Şahdəniz 2" çərçivəsində həyata keçirilən işlərin 77%-i yekunlaşıb

Layihə üzrə BP ilə 15 mlrd. dollarlıq kontrakt imzalanıb

Bakı. 7 sentybar. REPORT.AZ/ "Şahdəniz 2" çərçivəsində həyata keçirilən işlərin 77%-i yekunlaşıb. "Report" xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi mətbuat konfransında BP Azərbaycanın prezidenti Qordon Birrell deyib.

Q. Birrellin sözlərinə görə, layihə üzrə BP ilə 15 mlrd. dollarlıq kontrakt imzalanıb:

"Hazırda işlər plana uyğun həyata keçirilir. Bu günə qədər 10 quyu qazmışıq. İşlərə 24 min nəfəri Azərbaycanda olmaqla ümumilikdə 40 minə yaxın şəxs cəlb edilib. Sevindirici haldır ki, 24 min işçinin 80%-i azərbaycanlıdır".

BP rəhbəri, həmçinin deyib ki, təmsil etdiyi qurum bu günə qədər sosial sahədə keçirilən layihələrə 71 mln. dollar vəsait xərcləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi