Yuxarı

Sabunçu və Xəzər rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Səbəb qaz sızmalarının ləğv olunması, qaz xətlərində aparılacaq təmir işləridir

Bakı. 24 may. REPORT.AZ/ Bakı şəhərinin Sabunçu və Xəzər rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə "Report"a “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə, aşkar olunmuş qaz sızmalarının ləğv olunması, qaz xətlərində aparılacaq təmir işləri, istismarı dayandırılmış qaz xətlərinin şəbəkədan ayrılması və yeni çəkilmiş qaz xətlərinin mənbəyə qoşulması ilə əlaqədar mayın 25-də saat 09:00-dan işlər yekunlaşanadək Sabunçu və Xəzər rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi