Sabunçu, Suraxanı və Xəzər rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Sabunçu, Suraxanı və Xəzər rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq Fasilə sabah saat 09:00-dan işlər yekunlaşanadək davam edəcək
Energetika
17 May , 2016 19:54
Sabunçu, Suraxanı və Xəzər rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı. 17 may. REPORT.AZ/ Sabah saat 09:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Maştağa, Bilgəh, Albalılıq və Savalan yaşayış massivində, Suraxanı rayonunun Zirə qəsəbəsinin, həmçinin Xəzər rayonunun Pirallahı və Buzovna qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

"Azəriqaz" İstehsalat Birliyindən "Report"a verilən məlumata görə, fasilələr yeni çəkilmiş küçə qaz xəttinin mövcud qaz xəttinə qoşulması, Pirallahı qəsəbəsi ərazisində qaz xətləri üzərində quraşdırılmış qaz tənzimləyicinin təmiri və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədardır.

Son xəbərlər

Orphus sistemi