Şabranda bir kəndin qaz təchizatında fasilə yaranıb

Şabranda bir kəndin qaz təchizatında fasilə yaranıb Bu gün günorta saatlarında Şabran rayonunun Pirəmsən kəndində diametri 160 mm olan polietilen qaz xəttini texnika ilə qırıblar.
Energetika
8 Yanvar , 2020 14:31
Şabranda bir kəndin qaz təchizatında fasilə yaranıb

Bu gün günorta saatlarında Şabran rayonunun Pirəmsən kəndində diametri 160 mm olan polietilen qaz xəttini texnika ilə qırıblar.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, 460 abonentin qaz təchizatında müvəqqəti olaraq fasilə yaranıb. Artıq qaz kəmərində bərpa işlərinə başlanılıb.

Son xəbərlər

Orphus sistemi