Sabirabad və Xaçmazda qaz xətlərində təmir işləri aparılır

Sabirabad və Xaçmazda qaz xətlərində təmir işləri aparılır Bu gün səhər saatlarında Sabirabad rayonunda 219 mm diametrində olan polietilen orta təzyiqli yeraltı “Şəhər-Muğan” daşıyıcı qaz kəmərinin Muğan prospektindən H.Əliyev prospektinə qədər olan hissəsində sazlama işlərinə başlanılıb.
Energetika
21 Oktyabr , 2019 12:18
Sabirabad və Xaçmazda qaz xətlərində təmir işləri aparılır

Bu gün səhər saatlarında Sabirabad rayonunda 219 mm diametrində olan polietilen orta təzyiqli yeraltı “Şəhər-Muğan” daşıyıcı qaz kəmərinin Muğan prospektindən H.Əliyev prospektinə qədər olan hissəsində sazlama işlərinə başlanılıb.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, bu müddət ərzində rayon mərkəzinin bir hissəsində qaz fasilələrlə veriləcək.

Xaçmaz rayonunun Vəlvələ kəndi istiqamətində isə istismarda olan qaz xəttində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bir qrup abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. 

Son xəbərlər

Orphus sistemi