​Sabirabad və Bərdə rayonlarının daha üç kəndinə qaz verilib

​Sabirabad və Bərdə rayonlarının daha üç kəndinə qaz verilib Ümumilikdə, 1 039 abonent qazla təmin olunub
Energetika
5 İyul , 2016 12:31
​Sabirabad və Bərdə rayonlarının daha üç kəndinə qaz verilib

Bakı. 5 iyul. REPORT. AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Sabirabad və Bərdə rayonlarının daha üç kəndinə təbii qaz verilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş mərasimlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bərdə rayonunun Qazıqurdalı və Dəymədağlı kəndlərinin qaz təchizatının bərpası ilə əlaqədar keçirilən tədbirdə bildirilib ki, ümumilikdə 797 abonenti olan kəndlərin birpilləli sistem əsasında qazlaşdırılması zamanı 35 622 metrlik müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xəttləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Sabirabad rayonunun 242 abonentlik Əlicanlı kəndinə ilk dəfə təbii qaz verilməsi münasibətilə keçirilən mərasimdə qazlaşdırma işləri zamanı ümumi uzunluğu 20 kilometrdən artıq polietilen və metal borularla qaz xətlərinin çəkildiyi qeyd olunub. Bildirilib ki, hər bir abonent ayrıca sayğac və fərdi tənzimləyici ilə təchiz edilib.

Son xəbərlər

Orphus sistemi