Yuxarı
    Bağlamaq

    Sabirabad rayonunun daha bir kəndinə qaz verilib

    Hazırda Sabirabad rayonunun daha iki Yolçubəyli və Zəngənə kəndlərində tikinti quraşdırma işləri davam etdirilir© azeriqaz104.az

    Bakı. 6 mart. REPORT.AZ/ Bu gün Sabirabad rayonunun Qasımbəyli kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.

    “Report” “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin və İB-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 316 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 3 636 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 28 004 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 316 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

    Hazırda Sabirabad rayonunun daha iki Yolçubəyli və Zəngənə kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi