Sabah Balakənin qaz təchizatı dayandırılacaq

Sabah Balakənin qaz təchizatı dayandırılacaq Sabah Balakən rayonlarına təbii qazın verilişində məhdudiyyətlər yanacaq.
Energetika
30 Noyabr , 2021 14:04
Sabah Balakənin qaz təchizatı dayandırılacaq

Sabah Balakən rayonunda təbii qazın verilişində məhdudiyyət yanacaq.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Balakən” QPS-də quraşdırılmış qaz qızdırıcı sobanın texnoloji hissəyə birləşdirilməsi ilə əlaqədar sabah dekabrın 1-də saat 09:00-da qaz təchizatı işlər bitənədək dayandırılacaq.

Qaz təchizatının dayandırılması Balakən rayonunun (şəhər və rayonun 55 kəndi) bir hissəsini əhatə edəcək.

“Azəriqaz” müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyir.

Son xəbərlər

Orphus sistemi