Sabah Ucarın qaz təchizatında fasilə yaranacaq

Sabah Ucarın qaz təchizatında fasilə yaranacaq Təmir işləri görülən müddətdə Ucar rayonunun bir hissəsinin (Ucar şəhəri daxil olmaqla) qaz təchizatında fasilə yaranacaq
Energetika
5 İyul , 2022 14:54
Sabah Ucarın qaz təchizatında fasilə yaranacaq

Sabah Ucar rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Ucar” Qaz Paylayıcı Stansiyasında (QPS) aparılacaq təmir işləri ilə əlaqədar, iyulun 6-da saat 10:00-dan işlər başa çatanadək “Ucar” QPS-dən qidalanan “Ucar” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri görülən müddətdə Ucar rayonunun bir hissəsinin (Ucar şəhəri daxil olmaqla) qaz təchizatında fasilə yaranacaq.

Son xəbərlər

Orphus sistemi