Yuxarı
    Bağlamaq

    ​Sabah TANAP layihəsi üzrə yeni tender keçiriləcək

    Tenderin qalibi TANAP kəmərinin Əskişəhər bağlantı xəttini inşa etməlidir

    Bakı. 20 iyun. REPORT.AZ/ Trans-Anadolu Boru Kəmərinin (TANAP) Əskişəhər bağlantı xəttinin inşası ilə bağlı tender iyunun 21-də keçiriləcək. “Report” xəbər verir ki, bu barədə "BOTAŞ" şirkəti məlumat yayıb.

    Məlumatda deyilir ki, bu xəttin çəkilməsi üçün 32 365 metr uzunluğunda yüksək keyfiyyətli borular gətiriləcək: “Razılaşmanın imzalancağı tarixdən etbarən 10 gün içində işlərə başlanılacaq. Tikinti işlərinin isə 420 gün ərzində tamamlanması tələb olunur”.

    Qeyd edək ki, Cənub Qaz Dəhlizi (SGC) layihəsinə daxil olan TANAP Gürcüstan-Türkiyə sərhədindən başlayır və Türkiyə-Yunanıstan sərhədində Trans-Adriatik Boru Kəmərinin (TAP) başlaması ilə bitir. TANAP-ın 2019-cu ildə hazır olacağı planlaşdırılır.

    Xatırladaq ki, TANAP layihəsində SOCAR-ın 58%, "BOTAŞ"ın 30%, BP-nin 12% payı var.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi