Yuxarı

Sabah Şəkinin qaz təchizatında fasilələr olacaq

​Sabah Şəkinin qaz təchizatında fasilələr olacaq

Sabah Şəkidə yeni çəkilən 2 qaz xətti şəbəkəyə birləşdiriləcək.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, 2019-cu ilin tədbirlər planına əsəsən, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti ilə Şərbablar küçəsinin kəsişməsində yeni çəkilmiş diametri 108 və 89 mm olan orta təzyiqli qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri icra olunacaq.

Bununla bağlı olaraq səhər saat 09:00-dan etibarən işlər başa çatanadək Şəki şəhərində bir qrup abonentin qaz təchizatında fasilələr olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi