Yuxarı

Samux rayonunun üç kəndinin qaz təchizatında məhdudiyyətlər olacaq

Məhdudiyyətlər Qaz İxrac İdarəsinin Qazax magistral qaz kəmərləri sahəsinin cari təmir işləri ilə əlaqədardır

Bakı. 27 avqust. REPORT.AZ/ Avqustun 28-də saat 10:00-dan 18:00-dək Samux rayonunun Nəbiağalı, Zazalı və Ağasıbəyli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, məhdudiyyətlər Qaz İxrac İdarəsinin Qazax magistral qaz kəmərləri sahəsinin “Samux” (Nəbiağalı), ''Zazalı'' və ''Ağasıbəyli'' qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında aparılacaq cari təmir işləri ilə əlaqədardır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi