​Sabah Qazağın bəzi kəndlərində qaz verilişində fasilələr olacaq

​Sabah Qazağın bəzi kəndlərində qaz verilişində fasilələr olacaq İşlərin Sabunçu rayonunun Maştağa, Nardaran və Xəzər rayonunun Albalı qəsəbələrinin bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür
Energetika
21 İyul , 2015 17:13
​Sabah Qazağın bəzi kəndlərində qaz verilişində fasilələr olacaq

Bakı. 21 iyul. REPORT.AZ/ İyulun 22-də saat 10:00-dan 18:00-dək Qazax rayonunun Qazaxbəyli, Aşağı Salahlı, Orta Salahlı, Daş Salahlı və Kosalar kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, məhdudiyyətlər SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Nardaran”, “Bolqarıstan”, “Maştağa” və “Albalı”, Qazax Magistral qaz kəmərləri sahəsinin “Semzavod” Qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında aparılan cari təmir işləri ilə əlaqədardır.

Aparılan işlərin Sabunçu rayonunun Maştağa, Nardaran və Xəzər rayonunun Albalı qəsəbələrinin bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Son xəbərlər

Orphus sistemi