Yuxarı

​Sabah paytaxtın bis sıra rayonlarında qaz olmayacaq

Sabunçu, Binəqədi, Xəzər, Səbail, həmçinin Qəbələ və Masallıda təbii qaz təchizatında məhdudiyyətlər yaranacaq

Bakı. 1 март. REPORT.AZ/ Bakı şəhəri Sabunçu, Binəqədi, Xəzər, Səbail, Yasamal, Abşeron, həmçinin Qəbələ və Masallı rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə "Report"a “Azəriqaz” İB-dən məlumat verilib.

Məlumatda bildirilir ki, diametri 530 mm-lik yeraltı qaz xəttində aşkar olunmuş sızmanın ləğvi, qaz xətti üzərində qaz tənzimləyicinin quraşdırılması, yeni çəkilmiş polietilen PE315 mm-lik qaz xəttinin mövcud xəttə qoşulması, istismarı dayandırılmış xətlərin şəbəkədən ayrılması və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə 2 mart tarixində saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Sabunçu, Bakıxanov qəsəbələrində və Anaşkin adlanan ərazidə, Binəqədi rayonunun Binəqədi və Biləcəri qəsəbələrində, Xəzər rayonunun Quşçuluq massivi, Buzovna, Mərdəkan və Şüvəlan qəsəbələrində, Səbail rayonunun İstiqlaliyyət, Ş.Şamil, M.Hüseyn, T.Elçin, Lermantov küçələrində və Badamdar qəsəbəsində, Yasamal rayonunun B.Səfəroğlu və ətraf ərazilərdə, Abşeron rayonunun Ceyranbatan və Saray qəsəbələrində, eləcə də Qəbələ və Masallı rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi