Sabah paytaxtın 4 rayonunda təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Sabah paytaxtın 4 rayonunda təbii qaz təchizatında məhdudiyyətlər olacaq Buna səbəb diametri 300 mm-lik siyirtmənin təmiri, qaz xəttinin yerinin dəyişdirilməsi işləridir
Energetika
3 Mart , 2016 20:15
Sabah paytaxtın 4 rayonunda təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı. 3 mart. REPORT.AZ/ Sabah Bakı şəhəri Nərimanov, Sabunçu, Binəqədi və Xəzər rayonlarınin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə "Report"a “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, diametri 300 mm-lik siyirtmənin təmiri, qaz xəttinin yerinin dəyişdirilməsi, yeni çəkilmiş diametri 225 mm-lik orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə 4 mart 2016-cı il tarixdə saat 10:00-dan işlər yekunlaşanadək Nərimanov rayonu Ə.Əliyev, T.Əliyev, C.Hacıbəyli, Azadlıq və Atatürk prospektlərində, Sabunçu rayonunun Ramanı, Savalan yaşayış massivi, Südçülük sovxozu və Şuşa qaçqın şəhərciyi ərazilərində, Binəqədi rayonunun 7 və 8-ci mikrorayonlarında, həmçinin Xəzər rayonunun Şüvəlan qəsəbəsinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Son xəbərlər

Orphus sistemi