Sabah ​iki rayonun qaz təchizatında məhdudiyyətlər olacaq

Sabah ​iki rayonun qaz təchizatında məhdudiyyətlər olacaq Buna səbəb Siyəzən magistral qaz kəmərləri sahəsində təmir işlərinin aparılmasıdır
Energetika
25 Fevral , 2016 19:22
Sabah ​iki rayonun qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı. 25 fevral. REPORT.AZ/ Fevralın 26-da saat 10:00-dan 12:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin “Qusar”, saat 14:00-dan 16:00-dək isə “Xaçmaz” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

"Report" SOCAR-a istinadən xəbər verir ki, təmir işləri aparılan müddətdə Qusar rayonunun və Xaçmaz şəhərinin qaz təchizatında məhdudiyyətlər olacaq. 

Son xəbərlər

Orphus sistemi