Sabah Şəkidə qaz təchizatı müvəqqəti dayandırılacaq

Sabah Şəkidə qaz təchizatı müvəqqəti dayandırılacaq Sabah Azərbaycanın bir rayonunun böyük hissəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Energetika
29 Noyabr , 2021 18:30
Sabah Şəkidə qaz təchizatı müvəqqəti dayandırılacaq

Sabah Azərbaycanın bir rayonunun böyük hissəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Cəfərabad” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar oktyabrın 30-da saat 09:00-dan işlər başa çatanadək Şəki rayonunun (Şəki şəhəri və rayonun 30 kəndi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“Azəriqaz” müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyir.

Son xəbərlər

Orphus sistemi