Sabah Hacıqabul magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

Sabah Hacıqabul magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq Təmir müddətində İsmayıllı rayonunun 7 kəndinin qaz təchizatında məhdudiyyətlər olacaq
Energetika
27 Dekabr , 2016 16:01
Sabah Hacıqabul magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

Bakı. 27 dekabr. REPORT.AZ/ Dekabrın 28-də saat 10:00-dan 15:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Kürdmaşı” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

“Report” SOCAR-a istinadən xəbər verir ki, təmir müddətində İsmayıllı rayonunun Kürdmaşı, Hacıtamlı, Hapıttı, Qarakolluq, Aşıq Bayram, Mollaisaxlı və Uştal kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. 

Son xəbərlər

Orphus sistemi