Yuxarı
    Bağlamaq

    Sabah Binəqədi və Nərimanov rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq

    Buna səbəb yeraltı qaz xətlərinin istismara yararsız hissələrinin dəyişdirilməsidir

    Bakı. 19 avqust. REPORT.AZ/ Sabah Bakının Binəqədi və Nərimanov rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

    “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən"Report"a verilən məlumata görə, diametri 159 və diametri 108 millimetrlik orta təzyiqli yeraltı qaz xətlərinin istismara yararsız hissələrinin dəyişdirilməsi ilə əlaqədar avqustun 20-də saat 10-dan işlər yekunlaşdırılanadək Binəqədi rayonunun 7-ci, 8-ci mikrorayonlarının və Dərnəgül yaşayış massivinin, Nərimanov rayonunun Azadlıq prospekti, X.Şuşinski, S.Rəhmanov, Ç.Zəminli və Ayna Sultanova küçələrinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi