Sabah bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq

Sabah bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq Aparılan işlərin Ağdam, Ağdaş, İsmayıllı və Xızı rayon mərkəzlərinin bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür
Energetika
9 İyun , 2015 17:02
Sabah bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı. 9 iyun. REPORT.AZ/ İyunun 10-da saat 10:00-dan 18:00-dək Bərdə rayonunun Uğurlu, Şirvanlı, Hüseynbəyli, Muğanlı, Kələntərli, Qasımbəyli, Körpüqıran və Darğalar, Tərtər rayonunun Qaynaq, Qazyan və Qapcılı, Ağdaş rayonunun Qarabağlı, Lək, Pirəli, Gücü, Nehrəxəlil, Güvə, Qolqətir, Zeynəddin, Məşədi və Gürcuva kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, məhdudiyyətlər Qaz İxrac İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “İsmayıllı”, “Talıstan, “İvanovka” və “Kürdmaşı”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Ağdaş”, Ağdam magistral qaz kəmərləri sahəsinin “Kətəlparaq” və “Azadqaraqoyunlu”, Siyəzən magistral qaz kəmərləri sahəsinin “Xızı” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında aparılacaq cari təmir işləri ilə əlaqədardır.

Aparılan işlərin Ağdam, Ağdaş, İsmayıllı və Xızı rayon mərkəzlərinin bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.