Yuxarı
    Bağlamaq

    Sabah bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq

    Bu, bir sıra ölçü qovşaqlarında aparılacaq cari təmir işləri ilə əlaqədar olacaq

    Bakı. 21 aprel. REPORT.AZ/ Aprelin 22-də saat 10:00-dan 18:00-dək Şamaxı və Beyləqan şəhərlərinin, Yevlax rayonunun Xaldan və Qəribli, Sabirabad rayonunun Nərimankənd, Ulacalı, Qaratəpə, Əhmədabad, Mürsəlli və Şıxlar, Saatlı rayonun Qıraqlı, Mustafabəyli, Bəylik və Yeni Novruz, Samux rayonunun Ağasıbəyli, Əhmədli, 1 May və Şəmsizadə, Qazax rayonunun Aslanbəyli və Yuxarı Salahlı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. 

    Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, aparılan işlərin Bakı şəhərinin Zabrat və Bilgəh qəsəbələrinin bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

    Məlumata görə, fasilə Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Zabrat-2”, “Zabrat-Bilgəh” və “Zabrat-Ümumi”, Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Şamaxı”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Xaldan”, Ağdam magistral qaz kəmərləri sahəsinin “Beyləqan”, Qazax magistral qaz kəmərləri sahəsinin “Ağasıbəyli” və “Yuxarı Salahlı”, Astara magistral qaz kəmərləri sahəsinin “Göytəpə”, “Nərimankənd” və “Saatlı” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında aparacağı carı təmir işləri ilə əlaqədar olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi