Sabah bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq

Sabah bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq Xəzər rayonunun Zirə kəndi, Sabirabad, Saatlı, İmişli, Bərdə və Tərtər rayonlarının bəzi hissələrinin qaz təchizatında fasilə yaranacaq
Energetika
7 Aprel , 2015 17:07
Sabah bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı. 7 aprel. REPORT.AZ/ Aprelin 8-də saat 10:00-dan 18:00-dək Cəlilabad şəhəri və Uzuntəpə kəndi, Ağdam rayonunun Kətəlparaq kəndi və Dördyol qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, fasilə Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Zirə-3”, Ağdam magistral qaz kəmərləri sahəsinin “Bərdə”, “Kətəlparaq” və “Tərtər” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında, Qazax magistral qaz kəmərləri sahəsinin “Alabaşlı”, Astara magistral qaz kəmərləri sahəsinin “Cəlilabad”, “Sabirabad”, “Saatlı” və “İmişli” qazpaylama stansiyalarında aparılacaq carı təmir işləri ilə əlaqədar olacaq.

Aparılan işlərin Bakı şəhəri Xəzər rayonu Zirə kəndi, Sabirabad, Saatlı, İmişli, Bərdə və Tərtər rayonlarının bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Son xəbərlər

Orphus sistemi