Sabah Bakının iki rayonuna qazın verilişində fasilələr olacaq

Sabah Bakının iki rayonuna qazın verilişində fasilələr olacaq Dekabr 21-də təbii qazın verilişində məhdudiyyətlər yaranacaq
Energetika
20 Dekabr , 2016 19:38
Sabah Bakının iki rayonuna qazın verilişində fasilələr olacaq

Bakı. 20 dekabr. REPORT.AZ/ Bakının Xətai rayonunda təbii qazın verilişində məhdudiyyətlər olacaq.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Xətai rayonu ərazisində yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və qaz təchizatı şəbəkəsində aşkar olunmuş sızmaların ləğvi ilə əlaqədar dekabr 21-də saat 09:00-dan 18:00-dək Xətai rayonunun Sarayeva, Q.Nəbi, M.Rüstəm, Cavanşir, Sadıqcan, M.Hadi, S.Ə.Şirvani, Mehmandarov, Şıxlınski küçələrində, Gəncə prospekti və Zığ yolu ətrafının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Bildirilib ki, aparılan işlərin Xəzər rayonu Binə və Qala qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Son xəbərlər

Orphus sistemi