Sabah Bakının bəzi rayonlarında qazın verilişində fasilələr yaranacaq

Sabah Bakının bəzi rayonlarında qazın verilişində fasilələr yaranacaq Yeni Yasamal yaşayış massivi, Sulutəpə qəsəbəsi və Səbail rayonunun 20-ci sahə və 74-cü ərazisində təbii qazın verilişində fasilələr olacaq
Energetika
1 Sentyabr , 2015 20:07
Sabah Bakının bəzi rayonlarında qazın verilişində fasilələr yaranacaq

Bakı. 1 sentyabr. REPORT.AZ/ Sentyabrın 2-də Bakı şəhərinin bəzi rayonlarında təbii qazın verilişində fasilələr yaranacaq.

"Report"un SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinə istinadən verdiyi xəbərə görə, yeraltı qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, diametri 325 mm-lik orta təzyiqli yerüstü qaz xəttinin və diametri 108 mm və 159 mm qaz xətlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Yeni Yasamal yaşayış massivində, Binəqədi rayonunun Sulutəpə qəsəbəsində və Səbail rayonunun 20-ci sahə və 74-cü ərazisində təbii qazın verilişində fasilələr yaranacaq.

Son xəbərlər

Orphus sistemi