Yuxarı

​Sabah Abşeronun bəzi qəsəbələrinə qaz verilişində fasilələr olacaq

Aparılan təmir işlərinin Bakı şəhərinin Nəsimi və Yasamal rayonlarının bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür

Bakı. 1 fevral. REPORT.AZ/ Fevralın 2-də saat 10:00-dan 18:00-dək Abşeron rayonunun Digah, Fatmayi və Məhəmmədi kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, məhdudiyyətlər Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Digah” və “Alatava” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında aparılacaq cari təmir işləri ilə əlaqədar olacaq.

Qeyd edək ki, aparılan işlərin Bakı şəhərinin Nəsimi və Yasamal rayonlarının bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi