Sabah Abşeron və Cəlilabadda qaz olmayacaq

Sabah Abşeron və Cəlilabadda qaz olmayacaq Aparılan işlərin Ucar və Zərdab rayonlarının bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür
Energetika
27 Fevral , 2017 17:13
Sabah Abşeron və Cəlilabadda qaz olmayacaq

Bakı. 27 fevral. REPORT.AZ/ Fevralın 28-də saat 10:00-dan 18:00-dək Abşeron rayonunun Ceyranbatan qəsəbəsinin, Cəlilabad rayonunun Günəşli, Alar, Təzəkənd və Qarazəncir kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. 

Bu barədə “Report”a “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, məhdudiyyət “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin balansında olan “Ceyranbatan” və “Qobu”, Ağdaş magistral qaz kəmərləri sahəsinin balansında olan “Ucar”, “Lək” və “Zərdab”, Astara magistral qaz kəmərləri sahəsinin balansında olan “Günəşli” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında aparılacaq carı təmir işləri ilə əlaqədardır.

Aparılan işlərin Ucar və Zərdab rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Son xəbərlər

Orphus sistemi